XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

13 May 2016 - 13:55

“Aprel döyüşlərində 320 erməni hərbiçisi məhv edildi” –Nazirlik

mudafie-n-1

“Ermənistan dövlət sərhəddində və təmas xəttində Azərbaycanın mövqelərini atəşə tutur. 2016-cı ilin mart ayının ortalarından başlayaraq, ermənilər atəşkəsi intensiv pozmağa başladılar. Bu zaman onlar mülkü əhalini də atəşkəsi tuturdular. Aprelin əvvəlində də analoji hal baş verdi. Azərbaycan ordusu da bu istiqamətdə ermənilərin mövqelərinə cavab zərbələri endirdi”.

Bunu Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı Milli Məclisdə keçirilən “Təmas xəttində son hadisələr: beynəlxalq humanitar hüququn problemləri” adlı dinləmələrdə deyib.

V.Dərgahlının sözlərinə görə, həmin döyüşlərdə ermənilərdən azad edilən yüksəkliklər müdafiə olunur, orada lazımi üçün şərait yaradılıb: “Azərbaycan ordusunda döyüş ruhu yüksəkdir. Bu döyüşlərdə 320 erməni hərbiçisi məhv edilib, 500-dən artığı isə yaralanıb”.