“Türkiyə bütün şərtləri yerinə yetirməsə, viza rejiminin ləğvi ilə bağlı razılaşma pozula bilər».
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Jan-Klod Yunker bildirib: «Bu şərtlərin yerinə yetirilməsi mütləqdir. Əks halda Türkiyə ilə Avropa Birliyi arasında razılaşma olmayacaq».
Yunker hesab edir ki, antiterror qanunlarına dəyişiklik viza rejiminin liberallaşması ilə bağlı qərarın qəbuluna səbəb ola bilər: "Əgər prezident Ərdoğan öz vətəndaşlarını Avropaya sərbəst səyahət imkanından məhrum edirsə, bunun izahatını onlara verməlidir".
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə bu şərtə qarşı çıxır və vizasız gediş-gəliş müqabilində antiterror qanunlarına dəyişiklik etməyəcəyini bildirir.
Xatırladaq ki, Avropa Birliyi razılaşma ilə bağlı işləri dayandırıb. Rəsmi Ankara da viza rejiminin aradan qalxmayacağı təqdirdə, Brüsseli qaçqınları Avropaya geri göndərəcəkləri ilə hədələyir.