XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

13 May 2016 - 18:44

Kadırovun “qoçularından” növbəti özbaşınalıq- Putinə şikayət edən çeçenin evini yandırdılar (FOTO, VİDEO)

Ramzan Kadırov

Çeçenistan sakini Ramazan Cəlaləddinov ölkə rəhbəri Ramzan Kadırovdan Rusiya prezidenti Vladimir Putinə şikayət etdiyi üçün cəzalandırılıb. 

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, dünən gecə saatlarında maskalı şəxslər Cəlaləddinovun evinə girərək onları xilas etmək istədiklərini deyiblər. Lakin az sonra onların niyyətinin nə olduğu üzə çıxıb. 

Baş verənlər barədə R.Cəlaləddinovun xanımı məlumat verib: «Həyat yoldaşımı və 3 qızımı maşına qoyub aparıblar və bir körpünün altına atıblar. Evi isə yandırıblar. Kəndin sakinlərinə bu hadisə ilə bağlı nəsə danışmağı qadağan ediblər. Əks halda onların da evini yandıracaqlarını bildiriblər". 

Qeyd edək ki, Ramazan Cəlaləddinov Putinə videomüraciətində Çeçenistandakı sosial vəziyyətin ağırlığından və məmurların özbaşınalığından şikayət etmişdi.