XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

14 May 2016 - 01:46

Putindən təhdidvari açıqlama:“Stareji tarazlıq üçün nə lazımdırsa ediləcək”

Putin'den ABD'ye füze kalkanı tepkisi

“ABŞ-ın Rumıniyadakı raketdən müdafiə qurğusunu aktiv hala gətirməsi qlobal təhlükəsizliyə qarşı təhdiddir və Rusiyanı bu təhdid qarşısında nələr edə biləcəyi barədə düşünmək məcburiyyətində qoyur”.

Strateq.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin belə deyib.

Rusiyanın “TASS” xəbər agentliyinin məlumatına görə, ölkəsinin ordu rəhbərləriylə Moskvada keçirdiyi görüşdə Putin Rumıniyada yenicə istifadəyə verilən hərbi bazanın müdafiə sistemindən daha çox, ABŞ-ın strateji nüvə potensialının bir hissəsi olduğunu bildirib. Onun fikrincə isə, bu yolverilməzdir və “Rusiya strateji tarazlığı təmin etmək üçün nə lazımdırsa, həyata keçirəcək”.

Prezident, həmçinin, ABŞ-a raket qalxanıyla bağlı daha əvvəl əməkdaşlıq təklif etdiklərini, amma müsbət cavab almadıqlarını da bildirib.