XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

14 May 2016 - 11:46

Nazirdən yeni təyinatlar- 4 rayonun polis rəisi dəyişdi

ramil-usubov

Azərbaycan daxili işlər orqanlarında yeni təyinatlar olub.
 
Bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Nazirin imzaladığı əmrlə Ucar Rayon Polis Şöbəsinin (RPŞ) rəisi Adil Ələkbərov tutduğu vəzifədən azad edilərək Zaqatala RPŞ-nin rəisi, Zaqatala RPŞ-nin rəisi Arif Babayev tutduğu vəzifədən azad edilərək Yardımlı RPŞ-nin rəisi, Yardımlı RPŞ-nin rəisi Nadir Məmmədov tutduğu vəzifədən azad edilərək Qəbələ RPŞ-nin rəisi, Qəbələ RPŞ-nin rəisi Etibar Abdiyev isə tutduğu vəzifədən azad edilərək Ucar RPŞ-nin rəisi vəzifəsinə təyinat alıb. 

Daxili İşlər Nazirliyindən APA-ya təyinatları təsdiqləyiblər.