XƏBƏR LENTİ

22 Yanvar 2021

Digər Xəbərlər

14 May 2016 - 13:37

“Mustafa Bədrəddini müxaliflər öldürüb” – Müxaliflər Dəməşqin bir addımlığındadır?

 

Hizbullah: Komutanımızı Esad muhalifleri öldürdü

“Mustafa Bədrəddin Dəməşq aeroportu yaxınlığında müxaliflərin atdığı top atəşi nəticəsində şəhid olub”.

Strateq.az xəbər verir ki, məlumatı Hizbullah yayıb.

Daha öncəki məlumatlarda necə və kim tərəfindən vurulduğu açıqlanmayan Hizbullahın ikinci adamının ölümü ətrafında yaranmış sirr pərdəsi beləcə ortadan qalxdı. İndiyə qədər isə onun İsrail təyyarələri tərəfindən Livan-Suriya sərhəddində vurulduğu güman olunurdu.

Hizbullahın bu açıqlaması başqa bir məqama da işıq tutur. Belə aydın olur ki, Rusiyanın hərbi müdafiəsi ilə Hələbə qədər uzaqlaşdırılan müxaliflər qısa müddət ərzində itirdikləri mövqeyi əldə edib Dəməşqə yaxınlaşıblar. Əks halda Mustafa Bədrəddinin Dəməşq aeroportu yaxınlığında vurulması mümkün deyildi.