XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

14 May 2016 - 14:52

Hələb şimaldan rus, cənubdan Əsəd hücumu qarşısında:Şəhər mühasirəyə düşə bilər

 

Halep ağır bombardıman altında

Suriyanın Hələb şəhəri ağır bombardıman altındadır.

Strateq.az yerli qaynaqlara istinadən xəbər verir ki, rus ordusuna aid döyüş təyyarələri Hələbin şimalında müxaliflərin tək keçid məntəqəsi olan Handarat bölgəsinə aramsız hava hücumları təşkil edir. Əsəd ordusu isə qurudan bölgəni minomyot və top atışlarına tutur.

Mənbələrin məlumatına görə, dünən də Əsəd ordusunun əsgərləri əl- Qüds briqadası, İran və İraq könüllüləriylə bərabər bölgəyə hücum edib. Müxaliflərin müqavimətiylə qarşılaşan hücumçular böyük itki verərək bölgədən geri çəkilmək məcburiyyətində qalıb.

Yerli müşahidəçilər cənubdan Əsəd ordusunun, şimaldan rus hərbi təyyarələrinin hücumuna məruz qalan Hələbin bu minvalla mühasirəyə alınmaq istənildiyini düşünürlər.