XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 May 2016 - 16:24

Türkiyədə ilin toyu başladı:mühafizə ən üst səviyyədə, ətrafda "quş uçurtmurlar" (YENİLƏNİR)

Toya sənət camiəsindən də qatılanlar var.

Türkiyənin məşhur müğənnisi Seda Sayan sosial media hesabından həyat yoldaşı Erkan Çeliklə şəklini paylaşaraq "Gözəl qəlbli, canım Süməyyəmin toyuna hazırıq" sözlərini əlavə edib.

Hökumətə müxalif mövqeyi ilə tanınan sənətçilərdən aktrisa Berna Laçın isə şəhidlərə görə bəzi dövlət bayramlarının rəsmi səviyyədə keçirilməsinə qadağa qoyulduğu halda toya bu qədər diqqət ayrılmasını tənqid edib. 

***

Ətrafdakı yolların qapadılması polislə vətəndaşlar arasında mübahisələrə səbəb olub. Sürücülərdən birinin qadağaya məhəl qoymadan qapadılmış ərazidən keçməsi polisə həyəcanlı anlar yaşadıb. 

***

Türkiyə mətbuatının yazdığına görə, Sümeyyə Ərdoğan Hümer köşkündən çıxarkən prezidentin mühafizəçiləri bəylə-gəlinin şərəfinə havaya atəş açıblar.

Gəlin maşınının bərbəzəkli olmaması, sadə çiçəklərlə bəzənməsi xüsusi diqqət çəkib.  

****

Türkiyədə ilin toyu – prezident Rəcəb Tayyib Ərdoğanın qızı Sümeyyə Ərdoğanla nişanlısı Səlcuq Bayraqdarın nikah mərasimi başlayıb.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan həyat yoldaşı Əminə Ərdoğan və oğlu Bilalla birgə mərasimə helikopterlə gəlib. 

Nikah mərasiminin keçiriləcəyi Yəhya Kamal Bəyatlı Mərkəzinə baş nazir Əhməd Davudoğlu və digər nazirlər, həmçinin xarici qonaqlar da gəliblər.

Mərkəzə yaxın bütün binaların üzərində kəskin nişançılar var. Təhlükəsizlik tədbirləri ən üst səviyyədədir. Ərazidəki bütün yollar dünən axşamdan bağlanılıb, bütün avtomobillər ciddi yoxlanılır.

Mərkəzin ətrafından keçən vətəndaşlara qonaqlarla göz təması belə, qurmağa imkan verilmir. Polislərin hər birində xüsusi yaxa kartı var.