XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

15 May 2016 - 16:20

Rusiyadan “Eurovision”a çağırış:"Cəmalənin qalibiyyətinə yenidən baxılsın!"

İsveçin paytaxtı Stokholm şəhərində keçirilən "Eurovision-2016" mahnı müsabiqəsində Ukrayna qalib gəldikdən sonra Rusiya nəticələrə yenidən baxmaq çağırışı edib.

BBC xəbər verir ki, ukraynalı ifaçı Camalə Stalinin hakimiyyəti dövründə krım tatarlarının deportasiyasına həsr edilmiş "1944" adlı mahnı ilə 534 bal toplayıb. Camalə bu müsabiqədə iştirak edən ilk krım tatarıdır və onun ifa etdiyi mahnının müsabiqəni siyasiləşdirdiyi iddia olunur.

Rusiya mətbuatı "Eurovision" təşkilatçılarını Cəmalənin oxuduğu mahnının sözlərinə baxmağa çağırıb. Deputat Elena Drapeko bildirib ki, Rusiya informasiya müharibəsinə görə uduzub. 

Ukrayna prezident Pyotr Poroşenko isə Cəmalənin ifasını əsrarəngiz adlandırıb.