XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 June 2015 - 10:22

Vasif Talıbov 12 bənddən ibarət memorandum imzaladı

Naxçıvan Muxtar Respublikası və İranın Şərqi Azərbaycan əyaləti İranın Təbriz və Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında qarşılıqlı əlaqələrin inkişafına dair anlaşma memorandumu imzalayıb.

İranın “Mehr” agentliyi xəbər verir ki, sənəd 12 bənddən ibarətdir. Memorandumu Şərqi Azərbaycan əyaləti ostandarı İsmail Cabbarzadə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov imzalayıblar.

Memorandum kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də Naxçıvana İranın Şərqi Azərbaycan əyalətində istehsal olunan məhsullarının ixracı ilə bağlı niyyətini özündə əks etdirir.
Tərəflər həmçinin texniki və mühəndislik xidmətləri, səhiyyə və turizm sahəsində əməkdaşlığın genişləndirilməsi və sair məsələlər üzrə razılığa gəliblər(Report).
Xatırladaq ki, Vasif Talıbov ikitərəfli münasibətlərin inkişafı məsələlərini müzakirə etmək üçün çərşənbə axşamı Təbrizə gəlib. O, burada bir sıra rəsmi şəxslərlə görüşlər keçirəcək.