XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

16 May 2016 - 11:23

İran:“Yaxınlarda Hələb uğrunda böyük savaş başlayacaq”

 

 

ارتش سوریه

“Suriya ordusu və müttəfiqləri Hələb bölgəsini ələ keçirmək üçün ön hazırlıq əməliyyatlarına başlayıb”.

Strateq.az xəbər verir ki, məlumatı İranın “Tesnim” xəbər agentliyi yayıb.

Xəbərə görə, ön hazırlıq əməliyyatında hava qüvvələri və artilleriya birliklərinin gücündən istifadə olunur: “Hələb cənubunda silahlı terrorist qrup Ceyş-ul Feth, şimalında isə əl-Nusra qruplaşmasına qarşı Suriya Hava Qüvvələrinin dəstəyi ilə raket hücumları və topçu atışları ilə əməliyyat başladılmışdır. Bu əməliyyatlar Henderat düşərgəsinin idarəsini gücləndirmək və Xan Tumanın təkrar qurtarılması üçün həyata keçirilir”.

Agentlik yazır ki, “El-Aləm” müxbiri Rəbi Kell Vende Hələbdən gələn  bəzi görüntüləri şərh edərkən, deyib: "Bundan əvvəl Xan Tuman kəndinə girən Ceyş-ul Fəth terrorist qrupuna qarşı Suriya ordusu tərəfindən əməliyyat başlayıb, onların mövqe və cəbbəxanaları hədəfə alınıb. Bu əməliyyat bölgəni qurtarmaq üçün ön hazırlıqdır. Bununla yanaşı, Suriya ordusu və müttəfiqləri Hələbin şimalında Həndərat düşərgəsi istiqamətində də böyük bir əməliyyat keçirir”.

Müxbirin fikrincə, bölgədə əsl hədəfin “əl-Nusra” terror təşkilatıdır: “Çünki quru qüvvələrinin irəliləməsi üçün bu düşərgənin bir an əvvəl qurtarılması lazımdır”.

Bəs, Hələbi almaq mümkün olacaqmı?

رضایی

Sualı cavablandıran İran İslam İnqilabı Keşikçiləri korpusunun ən ünlü sabiq generallarından olan Muhsin Rzainin fikrincə, Hələb mütləq qurtarılacaq: “Amma bu, o qədər də asan məsələ deyil. Çünki Hələb iki tərəfdən Türkiyəyə bağlıdır və çox rahat şəkildə hər iki tərəfdən bu şəhərə silah və sursat gətirərək, terroristləri dəstəkləyirlər. Amma Allahın lütfü ilə bu baş verəcək”.