XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 May 2016 - 12:06

Livanın sabiq müdafiə naziri:“Hizbullahın ikinci adamının necə öldürülməsi bəlli deyil”

 

حزب الله لبنان

Livan sabiq müdafiə naziri Əbdülrəhim Murad Hizbullahın ikinci adamı Mustafa Bədrəddinin öldürülməsi barədə mətbuat açıqlaması verib.

Strateq.az-ın məlumatına görə, sabiq nazir Mustafa Bədrəddini mücahid və döyüşçülərin ox peykanı (ucu) adlandıraraq deyib: "Seyid Bədrəddin döyüş meydanında şəhid edildi. O, Hizbullah üçün əhəmiyyətli biriydi və hər zaman döyüş meydanında hamıdan öndə dayanardı".

Əbdülrəhman Muradın sözlərinə görə, Hizbullah öz komandirinin intiqamını “dəmir bir yumruqla” alacaq: “Amma bu, sadəcə intiqam almaq üçün yox, bütün terrorçu qruplarla döyüşmək şəklində olacaq”.

“Seyyid Mustafanın şəhadəti Hizbullahın terrorçularla mübarizə əzmini gücləndirmişdir”-deyən sabiq müdafiə naziri önəmli bir müəmmaya da aydınıq gətirib. Məlum olduğu kimi, Hizbullah komandanının necə öldürülməsi barədə iki fərqli mülahizə irəli sürülürdü. Yayılan ilk xəbərə görə, o, İsrail təyyarələrinin hücumu nəticəsində Suriya-Livan sərhəddində vurulmuşdu. Daha sonra Hizbullah rəsmi açıqlama verərək, bu xəbəri təkzib etmiş, komandanlarının Hələb aeroportu həndəvərində Suriya müxalifləri tərəfindən açılan top atəşi nəticəsində öldürüldüyünü bildirmişdi.

Livanın sabiq müdaifə naziri Əbdülrəhim Murada görə isə, bu hücumun kim tərəfindən həyata keçirilməsi hələ də bəlli deyil: “İndiyə qədər Seyyid Mustafa Bedreddin'in şəhadətinin necə meydana gəldiyi qeyri-müəyyənliyini qoruyur. Bu mövzuda araşdırmaların nəticəsini gözləmək lazımdır."