XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 May 2016 - 14:05

Türkiyədə İŞİD liderləri həbs olunub:Onlardan biri cəlladdır

bulldozer-isid,-MjWrQsQp0OsDad0wUy56w

 

Türkiyədə 7 İŞİD üzvü tutulub. İçərilərində təşkilatın xüsusi səlahiyyət sahibləri və bir cəlladı da var.

Strateq.az türk mətbuatına istinadən bildirdiyinə görə, İŞİD-çilərin həbsi ölkənin Respublika prokrorluğunun sanksiyası əsasında aparılan araşdırma nəticəsində baş tutub.

Məlumata görə, Əlaziğ rayonunun təhlükəsizlik orqanları prokurorluğun sanksiyası əsasında 6 ünvanda araşdırma aparıb və İŞİD-çilərlə yanaşı təşkilata aid xeyli sənəd ortaya çıxarılıb. İŞİD üzvlərinin bir müddət əvvəl Suriyadan keçdikləri məlum olub.