XƏBƏR LENTİ

08 Mart 2021
07 Mart 2021
06 Mart 2021

Digər Xəbərlər

16 May 2016 - 16:47

“Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin bu il açılışı olacaq” –Artur Rasi-zadə

artur-2

"Azərbaycan ərazisindən keçən layihələr beynəlxalq xarakter daşıyan və əhalinin rifah halını yüksəldən vacib layihələrdir". 

Bunu Gürcüstanda səfərdə olan Azərbaycanın baş naziri Artur Rasizadə jurnalistlərinə açıqlamasında bildirib.

Baş nazir buna misal olaraq Bakı-Supsa, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və ən böyük neft kəməri olan Bakı-Tbilisi-Ceyhan layihələrini göstərib.

"İndi isə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi həyata keçirilir və bu layihənin bu il açılışı olacaq. Sadalanan layihələr strateji əhəmiyyət daşıyır, Gürcüstan və Azərbaycanda yaşayan əhalinin rifahının yaxşılaşmağına xidmət edir. Bu layihələr praktiki olaraq beynəlxalq xarakter daşıyır", – deyə, baş nazir bildirib.

APA