XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

10 İyun 2015 - 12:10

Dəniz Baykaldan koalisiya açıqlaması- Ərdoğanla görüş başa çatdı

baykal.jpg

Dəniz Baykalla Ərdoğan arasında görüş az öncə başa çatıb. Görüş 2 saat davam edib. Bu barədə Dəniz Baykal jurnalistlərə açıqlama verib. Onun sözlərinə görə, Türkiyə prezidenti bütün koalisiya modellərinə açıqdır. “özəl bir tələbi yoxdu. Ərdoğanla görüşdə parlamentin gələcək işləri barədə müzakirə apardıq. Parlamentə müvəqqəti sədrlik edəcəm. Görüş zamanı koalisiya barədə danışıqlar olmadı. çünki bu məsələ partiya sədrlərinin səlahiyyətinə aiddir. Hər ikimiz də ölkədəki qeyri-müəyyənlik dövrünün tez bir zamanda sona çatması barədə həmfikir olduğumuzu bildirdik. Ərdoğanın hər cür koalisiyaya açıq olduğunu sezdim. Müxalifətin koalisiyasına da müsbət yanaşır. Əgər partiyalar arasında siyasi razılıq əldə olunarsa, koalisiyaya qarşı çıxmayacaq. Erkən seçki çıxış yolu deyil, mütləq koalisiya qurulmalıdır”.

Strateq.az