XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

17 May 2016 - 12:14

Bakıda postsovet məkanında millətlərarası münasibətlər vəseparatizm məsələləri müzakirə olunub

13232883_1800306440181105_3492420784587037718_n

“Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı" İB-nin German Marşal Fondunun (BST) dəstəyi ilə həyata keçirdiyi "Post-sovet məkanında yeni siyasi vəziyyət: xalqlar arasında münasibətlərin yaxşılaşdırılmasında vətəndaş cəmiyyətinin rolu" layihəsi çərçivəsində Bakıda beynəlxalq konfrans keçirilib.

"Post-sovet məkanında yeni siyasi vəziyyət: xalqlar arasında münasibətlərin yaxşılaşdırılmasında vətəndaş cəmiyyətinin rolumövzusunda keçirilən konfransda Ukraynadan, Gürcüstandan, Moldovadan və Azərbaycandan olan ekspertlər,  millət vəkilləri, siyasi partiya liderləri, təmsilçiləri, beynəlxalq təşkilatların, xarici ölkə səfirlklərin nümayəndələri iştirak edib

“Cəmiyyəin və Vətəndaş Münasibətlərinin İnkişafı" İB-nin sədri Əhməd Abbasbəyli iştirakçılara layihə haqqında məlumat verib. Qeyd edib ki, layihə fəaliyyətləri  ilk növbədə Azərbaycanda dinindən, dilindən, milli mənsubiyyətindən asılı olmayaraq müxtəlif qrupları (rusdilli əhali, etnik azlıqlar və s.) arasında etimadın artırılması,  mövzu ilə bağlı araşdırmanın aparılması, məsələyə münasibətdə real mənzərənin ortaya qoyulması, ciddi problemlərin vaxtında qarşısının alınması, preventiv tədbirlərin görülməsi baxımından əhəmiyyətli ola bilər.

Onun sözlərinə görə,  əhali arasında maarifləndirmə işlərinin görülməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsi, xalqlar arasında nifaq salmaq, separatçılıq toxumu səpmək siyasətinin, qonşu dövlətlərdə sabitliyi pozmaq cəhdlərinin qarşısının alınması baxımından  da layihə fəaliyyətləri önəmlidir.

Konfransa moderatorqluq edən “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev məhz Bakıda belə bir tədbirin keçirilməsinin əhəmiyyətinə diqqət çəkib. Bildirib ki, Ermənistan Azərbaycanın ərazilərinin 20 faizini işğal edib. Eyni zamanda Ermənistan bütün Cənub Qafqaz regionunda sepratizmə dəstək verir.  Azərbaycan isə separatizmə, xalqlar arasında nifaq salmaq siyasətinə qarşı hər zaman mübarizə aparıb. 

Ə.Nuriyev qeyd edib ki, konfransda Ukrayna, Gürcüstan, Moldova və Azərbaycandan olan ekspertlərin iştirakı ilə  postsovet məkanında separaztim, bu problemlərin yaranma səbəbləri və həlli yolları müzakirə ediləcək.   

Ukraynada fəaliyyət göstərən Pilip Orlik Demokratiya İnstitutunun təmsilçisi Natalya Beltser “Mİllətlərarası münasibətlər və separatizm: Ukraynadakı durum”, Gürcüstanın “Tərksilah və qeyri-zorakılıq” təşkilatının direktoru   Rimma Geleneva “Gürcüstanda millətlərarası əlaqələr və separatçılıq”,  politoloq Elxan Şahinoğlu “Postsovet məkanında millətlərarası münasibətlər və separatizm” mövzularında məruzə ediblər.

Cənub Qafqazda, Azərbaycan və Gürcüstanda  etnik separatçılığın vüsət almasında Ermənistanın rolu, postsovet məkanında separatçılıq ocaqlarının yaranmasında geosiyasi mübarizənin təzahürləri ətraflı müzakirə olunub. Postsovet məkanında sepratizm və Rusiyanın bu məsələlərlə bağlı siyasəinin aspektləri, Türkiyənin, İranın, Avropa İttifaqı ölkələrinin təsir imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.

Separatçılıqla üzləşən Azərbaycan, Gürcüstan, Ukrayna, Moldovanın  separatçılığa qarşı mübarizədə səyləri birləşdirməsi, vətəndaş cəmiyyətinin  xalqlar arasında münasibətlərin yaxşılaşdırılmasında təşəbbüsləri ilə bağlı müzakirələr aparılıb, təkliflər səsləndirilib.   

Tədbirdə layihə çərçivəsində hazırlanmış "Post-sovet məkanında yeni siyasi vəziyyət: millətlərarası münasibətlər və separatizm" kitabının da təqdimatı keçirilib.

13221559_10154274699617845_5444311948465552649_n

20160513_104421

20160513_101700

Strateq.az