XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

17 May 2016 - 14:16

Ankara Avropa Birliyini terrora dəstəkdə ittiham etdi:"Güzəşt olmayacaq!"


«Avropa Birliyinin viza rejiminin ləğvi müqabilində antiterror qanunlarına dəyişiklə bağlı şərti terrora dəstəkdir».

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Nazir hesab edir ki, viza rejiminin sadələşdirilməsi Türkiyə vətəndaşlarının təbii haqqıdır: «Bu, əlahiddə haqq deyil. Bəzi namizəd ölkələrə bu haqq çoxdan – hələ Avropa Birliyinə üzvlüklə bağlı danışıqlardan əvvəl tanınıb».

Çavuşoğlu Ankaranın təzyiqləri qəbul etmədiyini və güzəştə getməyəcəyini bildirib: «Bu, hədə deyil. Sadəcə olaraq dürüst şəkildə həqiqətləri deyirik. Heç nəyi şişirtmək lazım deyil. Bizim üçün ən yaxşı halda viza rejimini aradan qaldırırlar. Avropa Birliyinə üzv qəbul etmirlər ki?! Hər kəs verdiyi sözü tutmalıdır».

XİN rəhbəri bildirib ki, Türkiyənin iştirakı olmadan Avropa Birliyi qlobal oyunçu ola və iqtisadi problemləri həll edə bilməyəcək.

Qeyd edək ki, mayın 11-də Avropa Birliyi Türkiyə vətəndaşlarının Şengen ölkələrinə vizasız gediş-gəlişiylə bağlı işləri dayandırıb. Qurum bəyan edir ki, Ankara miqrant sazişi ilə bağlı bütün şərtləri, eləcə də antiterror qanunlarına dəyişikliyi qəbul etməlidir.

Türkiyə isə bu şərti rədd edir və məlum qanunları ölkə daxili və xaricində terrorçulara qarşı mübarizə üçün vacib sayır.