XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

17 May 2016 - 15:08

“Azərsu”dan şikayət var:“Sayqaç kartları ödənilən məbləği düzgün göstərmir”

 

<strong>AzərSU-da ciddi nöqsanlar aşkarlanıb</strong>

Suyun qiymətinin qalxması əhalinin narazılığını da artırıb. Yeni Günəşli qəsəbəsi "AB" yaşayış sahəsinin sakinləri də narazılardandır.

Strateq.az əməkdaşıyla əlaqə saxlayan qəsəbə sakinlərdən Arifə Hüseynli su şirkətinin yeni tarif məsələsində də abonentləri aldatdığından gileyləndi.

Onun sözlərinə görə, qiymət artımı qüvvəyə minməmişdən bir gün əvvəl qonşuluqdakı mağazada bankomata 33 manat pul ödəyib. Amma kart su sayqacına taxılan zaman 10 kub metr rəqəmini göstərib. Arifə xanım məsələyələ bağlı səhərisi gün-mayın 16-da su idarəsində olub. Onun şikayətini dinləyən idarə yetkililəri anbonentə narahat olmamasını, pulun qalan hissəsini su idarəsi tərəfindən (!) karta yatırılacağını bildiriblər.

Abonenti narahat edən də budur. Əvvəla, hər kəsin özü kimi öz haqqının arxasınca getmədiyini bildirən Arifə xanım haqlı olaraq bildirdi: “Su idarəsinin bu cür insanların haqqının geri qaytaracağına kim zəmanət verə bilər? Axı niyə ödənən məbləğ bir bqaz1aşa karta yüklənmir? Digər tərəfdən, belə çıxır ki, kart ona yüklənən miqdarda yox, əvvəlcədən idarə tərəfindən müəyyənləşdirilmiş rəqəmlər çərçivəsində yüklənir. Bu, abonenti aldatmaq deyilmi?”

Bir istehlakçı kimi suyu öncədən almaq hüququnun olduğuna inanan Arifə xanıma idarədən bildiriblər: “Axı niyə o, sayqacına 3 yox, 33 manatlıq su  “yükləyir” ki, bu cür problemlə qarşı-qarşıya qala?” Bunu istehlakçı hüququna müdaxilə kimi qiymətləndirən abonent saytımız vasitəsilə “Azərsu”-ya başqa suallar ünvanlamağı da unutmadı: “Bunun “Azərsu”-ya nə dəxli var? İstehlakçı hüququna müdaxilə etməkdənsə, öz xidməti borcunuzu yerinə yetirməniz daha ədalətli deyilmi?”

Arifə Hüseynli “Azərsu”yun istehlakçılar qarşısındakı öhdəliklərini düz-əməlli yerinə yetirmədiyini də şəxsən hər gün qarşılaşdığı hadisələrə söykənərək, əsaslandırdı:

“”Azərsu”-nun Bakı sakinləri qarşısında ən böyük öhdəliyi abonentləri fasiləsiz suyla təmin etməkdir. Amma şəxsən bizim binaya, ümumiyyətlə Yeni Günəşliyə su gündə yalnız bir dəfə – saat 17. 20-dən – 20. 00-a qədər verilir. Əhali saat yarım ərzində verilən suyu 250 litrlik banklara toplayaraq, sutka ərzində onunla kifayətlənməli olur. Elə ailələr var ki, 6-7 nəfərdən ibarətdir. Onlara hətta yuyunmaq növbəsi bəzən həftədə bir dəfə də nəsib olmur. Qabaqdan yay gəlir. Yeni Günəşli sakinlərinin yay boyunca necə əziyyət çəkəcəklərini təsəvvür etmək belə çətindir. “Azərsu” abonentlərin hüquqlarına müdaxilə etməkdənsə, öz xidmətini yaxşılaşdırmağa çalışsın.”