XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

17 May 2016 - 19:05

Ərdoğan Qərbə üsyan etdi:"Cinsi azlıqlarla daha çox maraqlanırlar, nəinki qaçqınlarla"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qərbi növbəti dəfə sərt tənqid edib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Ərdoğan Qərbin cinsi azlıqlarla qaçqınlardan daha çox maraqlandığını bildirib: «Yardıma möhtac suriyalı qadın və uşaqların əvəzinə, cinsi azlıqların hüquqlarının qayğısına qalan, eynicinsli nikahları müzakirəyə çıxaran Qərb ölkələri bundan utanmalıdırlar. Öz təhlükəsizliyini, rahatlığını başqa insanların həyatda qalmasından üstün tutanlar da həmçinin».