XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

17 May 2016 - 21:15

Lavrovla Çavuşoğlu arasında gərginlik –Kerri mübahisəyə müdaxil edib

lavrov-cavusoglu

Vyanada keçirilən Suriya danışıqlarında Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında gərginlik yaranıb.

Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, masa arxasında Lavrov Türkiyəyə yönəlik ittihamlar irəli sürüb. O, Türkiyəni İŞİD-ə yardımda suçlayıb.

Çavuşoğlu Lavrovun sözünü kəsərək, sərt tonda "Əgər siz bu yardıma dair bir kiçik sübut təqdim edə biləsiniz, burada söz verirəm, vəzifəmdən istefa verəcəyəm", – deyə, cavab verib. Bunun ardınca isə Türkiyə xarici işlər naziri Lavrovu utandıran daha bir ifadə işlədib: "Yox, əgər isbatlaya bilməyəcəksinizsə, o zaman şəxsən sizi qalan ömrünüz boyu Antaliyada qonaq etməyə hazıram".

Türk mənbələri bildirir ki, bundan sonra Kerri gərginliyə müdaxilə edib. O bildirib ki, ABŞ Türkiyə ilə birgə İŞİD-ə qarşı eyni tutumu sərgiləyir.

Strateq.az