XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

10 İyun 2015 - 23:16

AKP koalisiya mesajı verdi: “Uzlaşma lazımdırsa, ona da hazırıq”
Türkiyənin TRT kanalına canlı yayımda qonaq olan baş nazir Əhməd Davudoğlu seçkidən sonra ilk dəfə açıqlamalar verib: «Hər şeydən əvvəl, seçkinin nəticələrinin xeyirli olmasını istəyirəm. İştirak səviyyəsi çox yüksək idi. Bu, çox önəmlidir. Əvvəlcədən bəyan etmişdik ki, nəticələri istənilən halda qəbul edəcəyik. AKP-nin uğur qazandığı qənaətindəyəm. Tablo onu göstərir. Türkiyədə hər kəsimdən səs alan partiya AKP-dir. Türkiyədə siasi həyatın onurğası AKP-dir. Bu reallıq nəzərə alınmadan koalisiyaya və ya Türkiyənin gələcəyinə dair müzakirələrin aparılması mümkün deyil. Hər zaman iddialı partiya olduq və hər zaman hədəfimizdə olan tək partiyalı iqtidardır. 41 faiz səs yığmaq uğurdur. «26 faiz səs yığsam, istefaya gedəcəm» deyən Kılıçdaroğlu 25 faizlik səsi zəfər kimi təqdim edir. Aramızda 16 faizlik fərq var. 1960-cı ildən bu yana bizdən başqa 40 faizin üstünə yalnız 4 partiya çıxıb. CHP-nin tarixində uğur kimi göstərilən 40 faiz AKP üçün uğursuzluq kimi qiymətləndirilməməlidir».
Koalisiyadan da danışan Davudoğlu bildirib ki, onlar üçün ölkənin və partiyanın mənfəəti şəxsi mənfəətlərindən öndə gəlir: «Əsas məsələ Türkiyədə sabitliyin təminidir. Bir anlığına belə, xaotik vəziyyətin yaranmasına imkan vermərik. Xalqımız rahat olsun. Başqaları kimi qapı bağlayan yox, üfüqlər açan partiyayıq. Koalisiyaya girmək imkanı varkən bunu niyə etməyəsiniz? ölkəmizin taleyi bizim əlimizdədir. Soyuqqanlı olacağıq. 12 il iqtidarı necə qurduqsa, indi də koalisiyanı ancaq və ancaq biz idarə edə bilərik. Başqaları yolu qapatmağa davam edəcəklərsə, Türkiyənin maraqlarına uyğun addım atacağıq. Partiyalar işbirliyinə getmək istəsələr, bunu danışacağıq. Hər müxalifət partiyası ilə səmimi görüş keçirəcəm. Prioritetlərimiz var, amma mən “qırmızı xətt” sözünü diplomatiyada istifadə etməmişəm. Bu söz siyasətin təbiətinə uyğun deyil. Verilən səslərin birinin belə, zay olmaması üçün dimdik ayaqdayıq. Uzlaşma lazımdırsa, ona da hazırıq. Siyasət seçki dövründəki mübahisələri arxada qoymalıdır. Hər kəs öz hesabını aparmalı, başqa partiyaların spekulyasiyalarına görə hərəkət etməməlidir. Koalisiya yaxşı variant deyil demişdik, amma xalq dedi ki, mənim seçimim budur».
azadliq.info