XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

18 May 2016 - 00:10

ABŞ-Səudiyyə Ərəbistanı arasındakıbağlar qopa bilər

 

ABD-Suudi ilişkilerini tehdit eden tasarı Senato'dan geçti

ABŞ Senatı 11 Sentyabr terrorunda həyatını itirənlərin ailələrinin Səudiyyə Ərəbistanına qarşı iddia qaldırmasına imkan verən qanun layihəsini təsdiqləyib.

Strateq.az xəbər verir ki, bir demokrat və bir respublikaçı senator tərəfindən hazırlanan qanun layihəsi səsvermədə iştirak edən mütləq əksəriyyətin səsiylə qəbul olunub.

Xatırladaq ki, layihə hələ Konqresin gündəliyinə çıxarılanda Səudiyyə Ərəbistanı rəhbərliyinin sərt reaksiyasıyla qarşılanmışdı. Rəsmi Riyad ABŞ-ı bu ölkədəki 750 milyard dollar dəyərindəki hissə sənədlərini satmaqla təhdid etmişdi. Ekspertlərə görə, bu, ABŞ iqtisadiyyatının batması deməkdir.

Barak Obama rəhbərliyi bunu nəzərə alıb konqresmenlərdən layihəyə səs verməmələrini istəmiş, əks təqdirdə, bunun başqa ölkələrdə ABŞ əleyhinə bənzər məhkəmə proseslərinin başlamasına səbəb ola biləcəyini və dolayısıyla Amerika vətəndaşlarının iş həyatının təhlükəyə girəcəyini demişdi.

Ağ Ev sözçüsü Coş Ernest da layihənin qəbulundan dərhal sonra verdiyi açıqlamada Obamanın fikirlərini təkrarlayıb və bu addımın "arzulanmayan nəticələr doğura biləcəyini", Obamanın layihəni veto edəcəyini bildirərək deyib: "Bu qanun layihəsi suverenliklə əlaqədar uzun zamandan bəri mövcud olan beynəlxalq hüququ dəyişdirəcək. Prezident Obama layihə qəbul olunacağı təqdirdə, ABŞ-ın dünyanın digər məhkəmələri tərəfindən mühakiməsinə yol açacağından narahatdır”.

Layihənin qanuni qüvvəyə minməsi üçün Konqresinin digər qanadı Nümayəndələr Palatasından keçməsi və Obama tərəfindən imzalanması lazımdır. Obama isə layihəyə qarşı çıxmış və onu veto edəcəyini açıqlamışdı.