XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

18 May 2016 - 00:33

Sergey Lavrov Əsədə qahmar çıxdı:“Öhdəliklərini yerinə yetirəcək”

 

Rusya Esad'a desteğini yineledi

 

Bəşər Əsəd Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) Suriyada siyasi keçid, seçkilərlə bağlı qərarından xəbərdardır və öhdəliklərini yerinə yetirəcək”.

Strateq.az xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov  Vyanada keçirilən "Beynəlxalq Suriyaya Dəstək Qrupu"nun toplantısından sonra təşkil edilən mətbuat konfransında belə deyib.

Onun sözlərinə görə, Əsəd Rusiya prezidenti Vladimir Putinlə söhbət zamanı öhdəlikləri yerinə yetirməyə söz verib.

Rusiyanın Əsəd rejiminə deyil, terrorla mübarizəyə dəstək verdiyini bildirən Lavrov deyib: "Biz şəxs olaraq kimisə yox, BMT üzvü bir ölkəni öz hökumətinin tələbilə qoruyuruq”.

ABŞ dövlət katibi Con Kerri və Rusiya xarici işlər naziri Sergey Lavrovun birgə keçirdikləri toplantıda 20 ölkə və 4 beynəlxalq təşkilatdan 24 nümayəndə iştirak edib.