İyunun 11-i ilə müqayisədə Azərbaycanda bu gün dolların manata nisbətdə rəsmi məzənnəsi dəyişib. Dollar ucuzlaşıb, avro isə bahalaşıb.
Trend Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, iyunun 11-ə olan məlumata görə, ölkədə dolların rəsmi məzənnəsi 1.0477 (iyunun 10-u 1.0478) manat səviyyəsində müəyyən edilib.
Avronun məzənnəsinə gəlincə, manata nəzərən avronun vahid valyutası isə bahalaşaraq 1.1841 (iyunun 10-u 1.1820) manat olub.
Strateq.az