XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

18 May 2016 - 11:51

Fazil Məmmədov əmr verdi,nazirlikdə yeni təyinatlar və struktur dəyişikliyi oldu

fazil memmedov

Vergilər Nazirliyində kadr və struktur dəyişikliyi aparılıb.

Belə ki, nazirliyin Hüquq baş idarəsinin rəisi Zeynalabdin Məmmədzadə vəzifəsindən azad olunaraq yeni yaradılan Vergi cinayətlərinin təhlili və vergi borclarının alınması işinin təşkili baş idarəsinin rəisi təyin olunub. Hüquq baş idarəsinin rəisi vəzifəsinə təyinat yoxdur.

Bundan başqa, Vergi borclarının alınması və ərazi vergi orqanları ilə iş üzrə baş idarəsinin adı dəyişərək Ərazi vergi orqanları ilə iş üzrə baş idarənin rəisi adlanıb. Baş idarənin rəisi Elçin Bəylərovdur.

APA