XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 May 2016 - 12:50

Aprel döyüşlərində 2000 hektar əraziişğaldan azad edilib

ntv-qarabag

Aprel hadisələri zamanı Azərbaycan 2000 hektar ərazisini işğaldan azad edib.

APA-nın hərbi mənbələrdən əldə etdiyi məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti bərpa etdiyi ərazilərdə bir neçə strateji yüksəklik də var.

"Həmin yüksəkliklərdən Dağlıq Qarabağ ərazisinin xeyli hissəsinə nəzarət etmək mümkündür", – deyə, mənbə əlavə edib.

Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyan Vyana danışıqlarından dönərkən erməni jurnalistlərə müsahibəsində "aprel hadisələri zamanı 800 hektar ərazi itirdiklərini" deyib.

O bildirib ki, Ermənistan Silahlı Qüvvələri təhlükəsizlik məqsədi ilə istifadə etdiyi 800 min hektar ərazinin 800 hektarını itirib: "İtirilən torpaqlar heç bir strateji və taktiki əhəmiyyətə malik deyil".