XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

18 May 2016 - 19:15

ABŞ səfirliyi xəbərdarlıq etdi:"Terror ola bilər!"

ABŞ-ın Ankaradakı səfirliyi Türkiyədəki vətəndaşlarına terrorla bağlı xəbərdarlıq edib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, xəbərdarlıqda terror ehtimalından bəhs edilir və amerikalı turistlərin yerli və xarici terrorçuların hədəfinə gələ biləcəyi qeyd olunur.

Səfirlik Türkiyəyə gəlmək istəyən vətəndaşlarını da ehtiyatlı olmağa, yayılan xəbərdarlıqlarla tanış olmağa çağırıb.

Qeyd edək ki, Türkiyə xüsusi xidmət orqanları mayın 19-da – rəsmi səviyyədə qeyd olunan Gənclik və İdman bayramında teraktın ola biləcəyi barədə məlumat yayıb. 10 İŞİD-çi tərəfindən 10 hücumun planlaşdırıldığı ehtimal edilir və əsas ünvan kimi paytaxt Ankara göstərilir. 

Terrorçuların hədəflərindən biri də Mustafa Kamal Atatürkün Ankaradakı movzeleyinin yerləşdiyi ərazidir.