XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 May 2016 - 21:16

2016 Olimpiadası Braziliyaya7.1 milyarda başa gələcək

Olimpiadanın Braziliyaya da xeyri olmayacaq.

Strateq.az xəbər verir ki, bunu beynəlxalq kredit dərəcələndirmə təşkilatı “Moody 's” bildirib.

Təşkilatın məlumatına görə, avqustda keçiriləcək olimpiada oyunlarına 200-dən çox ölkədən 10 min idmançının qatılacaq. İqtisadi durğunluq yaşayan Braziliya bu oyunların infrastrukturu üçün 7.1 milyard dollar xərcləyib. Amma ölkənin bu oyunlardan qazanacağı pul “Braziliyanın problemli iqtisadiyyatını canlandırmayacaq. Sadəcə Braziliya əhalisinin 8%-ni meydana gətirən təxminən 16 milyon insan olimpiadadan geri qalan infrastruktur xidmətlərindən istifadə edə biləcək. Bu isə uzun sürməyəcək”.

Braziliyada istehlak xərclərinin aşağı düşdüyünü bildirən “Moody 's” bu səbəbdən də yerli xalqın olimpiada oyunlarında iştirakının aşağı olacağını təxmin edir.