XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

11 İyun 2015 - 09:25

“60-a yaxın hakim cəzalandırılıb, barışmaz mövqeyimiz göz önündədir” – Nazir
“Beynəlxalq təşkilatların hesabatlarına görə, dünyada mülkiyyət əleyhinə cinayətlərin 1/3-dən çoxunu dələduzluq təşkil edir”.
Strateq.az Mia.az-a istinadən xəbər verir ki, bunu Ali Məhkəmənin bu gün keçirilən plenum iclasında çıxış edən ədliyyə naziri, Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədov deyib.
F.Məmmədov bildirib ki, Azərbaycanın sürətli iqtisadi inkişafı bu sahədə cinayətkarlığın artması üçün zəmin yaradıb: “Tədqiqatlar göstərir ki, cinayətkarlığın səviyyəsinin nisbi sabitliyinə baxmayaraq, dələduzluq cinayətləri getdikcə artır. Məsələn, son 3-4 il ərzində birinci instansiya məhkəmələrində baxılan bu cür işlərin sayı iki dəfədən çox artıb. Bu cinayətkarlığa görə məhkum edilənlərin sayı isə 830-u keçib. Dələduzluğa görə məhkum edilmiş şəxslərin sayı davamlı olaraq artır. Bu məsələnin plenuma salınması, müzakirə olunması xüsusi əhəmiyyət kəsb edir. Əlbəttə ki, həbs qətimkan tədbirinin seçilməsində, müdafiə hüququnun təmin olunmasında yol verilən nöqsanlar, süründürməçilik halları bizi narahat etməyə bilməz. Ən böyük problemlərdən biri də bu sahədə layiqli cəzanın tətbiq olunmaması və məhkəmə təcrübəsinin formalaşmamasıdır” .
F. Məmmədov bildirib ki, eyni xarakterli işlər üzrə bəzən anlaşılmaz, fərqli hökmlərin çıxarılması, Cinayət Məcəlləsinin 70-ci (cəzanın şərti hesab olunması) və yaxud 62-ci (daha yüngül cəzanın tətbiq olunması) maddələrinin tətbiq olunması maraq doğurur: “Bunlar məhkəmə nüfuzuna xələl gətirir, məhkəmələrə inamı azaldır. Heç də təsadüfü deyil ki, yuxarı instansiya məhkəmələri tərəfindən bu cür qərarların çoxu dəyişdirilib və ya ləğv olunub. Bu gün biz məhkəmələr tərəfindən yol verilən qanun pozuntularına, nöqsanlara diqqət yetiririk. Lakin görəsən bu nöqsanların səbəbi təkcə zəif bilik və təcrübəsizlikdirmi? Təəssüf ki, bunu birmənalı demək çətindir. Bu kimi hallarla barışmaz mövqeyimiz göz önündədir. Məhkəmə Hüququ Şurası tərəfindən təkcə son 3 ildə bu cür işlərə görə 30-dan çox hakim ciddi intizam məsuliyyətinə cəlb edilib, 3 hakimin səlahiyyətlərinə xitam verilib, 9 hakimin iş yeri dəyişdirilib, yaxud aşağı işə keçirilib, 13 hakim məhkəmə sistemindən kənarlaşdırılıb”.
Nazir bildirib ki, bu cür tədbirlər gələcəkdə də davam etdiriləcək.