XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

11 İyun 2015 - 09:28

212 məmur postuna 2850 namizəd oldu – Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Bu ilin aprelin 15-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 31 dövlət orqanında inzibati vəzifələrin beşinci – yeddinci təsnifatlarına uyğun olan 212 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün elan etdiyi müsabiqə başa çatıb.
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan Strateq.az-a verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün 844-ü qadın olmaqla 2850 namizəd qeydə alınıb:
75,72%-i gənclər olan namizədlərdən 999 nəfəri (35,05%) test imtahanında iştirak etməyib. Test imtahanı mərhələsini 147-si qadın namizəd olmaqla, 548 namizəd uğurla başa vurub. Test mərhələsini uğurla başa vuran namizədlərdən:
– 181 nəfəri 5-ci təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb;
– 246 nəfəri 6 və ya 7-ci təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb;
– 121 nəfəri 5-ci təsnifat inzibati vəzifələrə iddia etsə də, bu vəzifələr üzrə keçid balını toplaya bilməyiblər. Lakin onlar 6-cı və ya 7-ci təsnifat inzibati vəzifələr üzrə müsahibə mərhələsində iştirak edə bilər”.
Məlumatda bildirilir ki, hər bir namizədə test imtahanı qurtaran kimi dərhal onun nəticələrini əks etdirən arayış təqdim edilib:
“Test imtahanı mərhələsinin nəticələrinə görə, daha çox namizədin uğur qazandığı dövlət orqanları bunlardır:
– Kənd Təsərrüfatı Nazirliyi – qeydə alınmış 957 namizəddən 203 nəfəri;
– Dövlət Statistika Komitəsi – qeydə alınmış 588 namizəddən 130 nəfəri”.