XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

19 May 2016 - 11:07

Parisdən uçan 59 sərnişinli təyyarə radarlardan itib- Axtarışlar başlayıb

Parisdən Qahirəyə uçan «Airbus A320» sərnişin təyyarəsi radarlardan itib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, «EgyptAir» aviaşirkətinə məxsus təyyarədə 66 nəfər var. Onlardan 59-u sərnişin, 7-si ekipaj üzvüdür.

Təyyarə Fransa paytaxtından dünən gecə 24.09-da çıxıb. Saat 02.45-də isə onunla əlaqə kəsilib. 

«EgyptAir» rəsmiləri bildiriblər ki, hadisə ilə bağlı bütün maraqlı tərəflər məlumatlandırılıb və yeni xəbər olan kimi ictimaiyyətə açıqlanacaq.

Misirin hərbi təyyarələri itən təyyarənin axtarışına başlayıblar. Paris aeroportundan məsələ ilə bağlı hələ açıqlama gəlməyib.