XƏBƏR LENTİ

22 Yanvar 2021

Digər Xəbərlər

19 May 2016 - 11:35

İtən təyyarə Aralıq dənizinə düşüb- Sərnişinlərin hansı ölkələrdən olduğu açıqlandı: 5 azyaşlı da var

Parisdən Qahirəyə uçan və gecə saatlarında radarlardan itən «EgyptAir» aviaşirkətinə məxsus «Airbus A320» sərnişin təyyarəsi ilə bağlı yeni məlumat açıqlanıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, «Reuters» agentliyi Misirin Mülki Aviasiya Nazirliyinə istinadən təyyarənin uçuşdan bir neçə saat sonra həyəcan siqnalı verdiyi barədə məlumat yayıb.

Misir rəsmiləri içərisində 59 sərnişin, 7 ekipaj üzvü olan təyyarənin Aralıq dənizinə düşdüyünü bildirirlər.

Təyyarədə olanlardan 30-u Misir, 15-i Fransa, 2-si İraq vətəndaşıdır. Yerdə qalan sərnişinlər isə Britaniya, Belçika, Portuqaliya, Kanada, Küveyt, Səudiyyə Ərəbistanı, Sudan, Çad və Əlcəzairdəndir. Sərnişinlər arasında 3 uşaq, 2 körpə də var. 

Onlarla yanaşı, göyərtədə təhlükəsizlik xidmətinin 3 əməkdaşı və 7 ekipaj üzvü olub. Hazırda Aralıq dənizində təyyarənin axtarışları gedir. Axtarışlarda Yunanıstan təyyarələri iştirak edir.