Almaniya rəsmiləri futbol üzrə Avropa çempionatı müddətində mümkün teraktlarla bağlı xəbərdarlıq ediblər.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə «Bild» qəzeti Almaniya hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
Çempionata iyunun 10-da Fransada start veriləcək. Avropalı ekspertlərin fikrincə, teraktları çox da böyük olmayan terrorçu qruplar törədə bilər: «Medianın diqqətini çəkmək üçün qurbanların sayı çox ola bilər».
Qeyd edək ki, bundan əvvəl də Fransa hüquq-mühafizə orqanlarından terror xəbərdarlığı gəlib.