XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

19 May 2016 - 13:11

Ərdoğan haqda ən təhqiredici şeir…- Londonun sabiq meri qalib oldu, pul mukafatı aldı

Londonun sabiq meri Boris Conson Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan haqda ən təhqiredici şeir müsabiqəsinin qalibi olub.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə müsabiqəni təşkil edən «Spectator» jurnalı məlumat yayıb. Öz şeirində Conson Ərdoğanı keçi ilə tüfeyli həyat sürməyə başlayan, Ankaradan olan əla oğlan adlandırıb.

There was a young fellow from Ankara
Who was a terrific wankerer
Till he sowed his wild oats
With the help of a goat
But he didn’t even stop to thankera

Bu şeirə görə keçmiş mer 1000 funt-sterlinq (1,5 min dollar) mükafata sahib olub. Conson «Die Weltwoche»ə müsahibəsində bildirib ki, arzuedən hər kəs Türkiyə prezidenti ilə bağlı ən kobud zarafatları belə, edə bilməlidir.

Xatırladaq ki, martın 11-də alman satirik Yan Bemerman Ərdoğanla bağlı tənqidi videosüjet yaymış və Türkiyə prezidenti buna görə onu məhkəməyə vermişdi. Dünən Hamburq Məhkəməsi Ərdoğanın iddiasını qismən təmin edən qərar çıxarıb. Qərara görə, Bemerman videosüjetdəki bəzi ifadələri bir daha təkrarlaya bilməz. Əks halda onu 250 min avro cərimə və ya 6 aya qədər həbs cəzası gözləyir.

Türkiyə prezidentinin bu addımı Almaniyada, eləcə də Avropanın bir çox ölkələrində söz və mətbuat azadlığını boğmaq cəhdi kimi qiymətləndirilmiş, siyasilərdən sərt təpkilər gəlmişdi.