XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

11 İyun 2015 - 12:16

“Azərbaycan hakimiyyəti olaraq o iddiadayıq ki,..” – Əli Həsənov mətbuat konfransında
“Azərbaycan hakimiyyəti olaraq o iddiadayıq ki, Azərbaycanda siyasi məhbus yoxdur. Azərbaycanda ayrı-ayrı əməllərinə görə məhkum olunmuş insanlar var. Onların barəsində məhkəmənin qərarları, hökmü var. Heç bir icra hakimiyyəti də məhkəmənin qərarını şübhə altına almaq səlahiyyətində deyil”.
Bunu Azərbaycanın Respublikası Prezidentinin köməkçisi, Prezident Adminstrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bu gün yerli və xarici media nümayəndələrinin iştirakı ilə I Avropa Oyunlarına həsr olunmuş geniş mətbuat konfransında bildirib.
“Əl-Cəzirə” teleşirkətinin nümayəndəsinin Azərbaycanda “Siyasi məbbuslar nə vaxt azad olunacaq” sualına cavab verərkən Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, bu, bəzi Qərb dairələrinin ortaya atdığı məsələdir. Onun sözlərinə görə, Azərbaycan hüquqi dövlətdir, tam siyasi azadlıq var, 55 siyasi partiya fəaliyyət göstərir: “Qərbin bəzi QHT-ləri, dairələri tərəfindən Azərbaycanda mətbuat azadlığının, azad medianın olmadığı, insan haqlarının pozulduğu barədə iddialar səslənir. Azərbaycan 15 ilə yaxındır, Avropa Şurasının üzvüdür. Azərbaycan məhkəmələrinin qərarından Avropa Məhkəməsinə şikayət edilə bilər”(Ans).