XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

19 May 2016 - 14:26

Prezident iki rayona icra başçısı təyin etdi –Sərəncamlar

ilham-eliyev-teze

Prezident İlham Əliyev daha bir icra başçısı ilə bağlı sərəncam verib. 

Sərəncama əsasən Qazaxın icra başçısı Ayaz Əsgərov vəzifəsindən azad olunaraq, Yardımlı İcra hakimiyyətinə rəhbər təyin olunub.

Rəcəb Abas oğlu Babaşov Qazax Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Qeyd edək ki, Ayaz Əsgərov "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin keçmiş sədri, hazırda nəqliyyat naziri Ziya Məmmədovun müavini olan Arif Əsgərovun qardaşıdır.

Xatırladaq ki, mart ayında ölkə başçısı Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hacağa oğlu Hətəmovu Salyan rayonuna icra başçısı təyin edib.