XƏBƏR LENTİ

21 Yanvar 2021
20 Yanvar 2021

Digər Xəbərlər

19 May 2016 - 13:33

Rus zabitlərlə dolu avtobus uçuruma yuvarlandı- Ölən və yaralananlar var

Cənubi Osetiyada içərisində rus zabitlərin olduğu avtobus uçurma yuvarlanıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, nəticədə zabitlərdən 6-sı dünyasını dəyişib, 16-sı yaralanıb.

Rusiya Müdafiə Nazirliyindən verilən məlumatda o da bildirilir ki, avtobusdakı zabit heyəti tədris-metodiki toplantıya yollanırmış. Yaralı hərbiçilər dərhal Tsxinvildəki tibb müəssisəsinə aparılıb. 

Nazirlikdən bildiriblər ki, qəzaya əyləc sistemində yaranmış problem səbəb olub.

Xatırladaq ki, Cənubi Osetiyada yaxın vaxtlarda referundum keçiriləcək. Bu, tanınmamış respublikanın prezidentinə Rusiya Federasiyasına daxil olmaqla bağlı müraciət imkanı verəcək.