Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasına (AKP) sədrlik edəcək və baş nazir postuna yiyələnəcək namizədin kimliyi məlum olub.
Bu gün partiyanın Mərkəzi Qərar və İdarəetmə Şurasının iclası keçirilib. 45 dəqiqə davam edən toplantıda Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binali Yıldırımın namizədliyi təsdiqlənib(AzNews.az).
Qeyd edək ki, mayın 22-də Türkiyədə AKP-nin növbədənkənar qurultayı keçiriləcək. Həmin qurultayda Binali Yıldırım partiyanın sədri və Baş nazir vəzifələrinə təyin ediləcək.