XƏBƏR LENTİ

22 Yanvar 2021

Digər Xəbərlər

19 May 2016 - 15:24

Tofiq Yaqublu sərhəddə saxlanıldı –Qızından açıqlama

tofiq-yaq

Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublunu Azərbaycan-Gürcüstan sərhədində saxlayıblar. 

Bu haqda T.Yaqublunun qızı Nigar Yaqublu musavat.com-a açıqlamasında deyib.

Onun sözlərinə görə, gömrük xidməti əməkdaşları ona ölkədən çıxışına “stop” qoyulduğunu bildiriblər: “Halbuki Bakıda bizə deməmişdilər ki, üzərində “stop” var. Bilmirəm ki, bunu hansı qurum edib.  Həbsdən əfvlə azad olunduğu üçün bu qadağa da avtomatik aradan götürülməli idi. Ailəlikcə Gürcüstana, doğma kəndimizə gedirdik. İndi bizi buraxırlar, atamı yox”. 

N.Yaqublu dedi ki, atası vəkili Nemət Kərimli ilə əlaqə saxlayıb bu məsələni dəqiqləşdirməyə çalışır. Müsahibimiz öz növbəsində ombudsman aparatı, eləcə də müvafiq qurumlarla əlaqə saxlayır: “Bilmək lazımdır ki, konkret hansı qurum “stop” qoyub. Məsələni dəqiqləşdirənə qədər burada olacağıq”.