XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

19 May 2016 - 17:50

Gömrükçülərin maaşı qaldırıldı –Nazirlər Kabinetindən yeni qərar

nazirler-kabineti

Nazirlər Kabineti “Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fondu haqqında Əsasnamə və fondun vəsaitinin xərclənməsi Qaydaları”nda dəyişiklik edib.

Dəyişiklik gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitlərlə bağlıdır.

İndiyə qədər inkişaf fonduna daxil olan vəsaitin 25 faizi Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə yönəldilib.

Bundan sonra isə inkişaf fonduna daxil olan vəsaitin 50 faizi Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə yönəldiləcək. 

APA