XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 May 2016 - 20:24

Vergilər Nazirliyində daha bir departament yaradıldı,yeni rəis təyin edildi

Vergiler Nazirliyi

Vergilər Nazirliyi yanında yeni departament yaradılıb. 

Nazirlikdən verilən məlumata görə, vergi ödəyicilərinə xidmətin səviyyəsinin yüksəldilməsi, vergi məlumatlandırılması işinin və vergi qanunvericiliyinə əməl edilməsi səviyyəsinin artırılması, vergilərin könüllü ödənilməsi sisteminin inkişaf etdirilməsi sahəsində aparılan işlərin təkmilləşdirilməsi məqsədilə Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət baş idarəsinin Çağrı Mərkəzi və Xidmət Mərkəzi ləğv edilərək, Vergilər Nazirliyi yanında Çağrı Mərkəzi Departamenti yaradılıb.

Vergi ödəyicilərinə xidmət baş idarəsi rəisinin müavini vəzifəsində işləyən Məhəmməd Yunusov həmin departamentin rəisi vəzifəsinə keçirilib.