XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

20 May 2016 - 14:09

Əmlak Komitəsinin gələcək taleyi necə olacaq? –Ekspertdən açıqlama

kerem-hesenov-yeni1

“Dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında fərmanda əsas məqam ondan ibarətdir ki, hazırda özəlləşdirməyə açılacaq dövlət müəssisələrinin müraciətlərinin qəbul olunması və özəlləşdirmə proramlarının ilkin mərhələdə hazırlanması Əmlak Məsələləri Dövlət Komitəsindən alınıb bir başa prezidentin nəzarətinə keçir”.

Strateq.az AzNews.az-a istinadən xəbər verir ki, bunu əmlak üzrə ekspert Ramin Osmanlı prezidentin dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı verdiyi yeni fərmanı şərh edərkən deyib. 

Qeyd edib ki, dövlət müəssisələrinin özəlləşdirilməsi ilə bağlı Əmlak Məsələləri üzrə Dövlət Komitəsi aprel ayında siyahını hazırlayıb prezidentdə təqdim edib: “Yaxın zamanlarda özəlləşdirmə ilə bağlı yeni qərarın qəbul olunacağı gözlənilirdi. Hətta o sənədin hazırlanmasıda böyük ölkələrdən cəlb olunmuş tanınmış ayrı-ayrı təşkilatlar da iştirak edib”. 

R.Osmanlı vurğulayıb ki, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin gələcək taleyi Nazirlər Kabinetinin təqdim edəcəyi qanun layihəsindən asılı olacaq: “Bu qanun layihəsinin hazırlanması bütövlükdə məsələlərə tam aydınlıq gətirəcək. Qanun layihəsinin hazırlanması zamanı Əmlak Məsələləri üzrə Dövlət Komitəsi bu prosesə cəlb olunacaqsa, o zaman yəqin ki, icra mexanizmi komitədə olacaq. Yox, əgər cəlb olunmayacaqsa, digər təşkilatlar, dövlət qurumları prosesə cəlb olunacaq. Ehtimal olaraq deyim ki, əgər yeni agentlik yaranacaqsa, yeni struktur formalaşacaqsa, bu halda artıq qanunvericilik aktının qəbul olunmasından sonra məsələni tam olaraq, şərh etmək olar”. 

Qeyd edək ki, prezident İlham Əliyev dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında fərman verib. Fərmanda göstərilir ki, Nazirlər Kabineti (NK) "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" yeni qanun layihəsini iki ay müddətində hazırlayıb prezidentə təqdim etməlidir. 

Məsələnin müzakirə predimetlərindən biri və bəlkə də əsası ondan ibarətdir ki, bu sərəncam Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun səlahiyyətlərinin azaldılması kimi təqdim edilir. Lakin R. Osmanlının qeyd etdiyi kimi, komitə sədrinin səlahiyyətinin azaldılıb-azaldılmaması qəbul ediləcək qanun layihəsindən sonra bəlli olacaq.