XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

12 İyun 2015 - 07:05

Fazil Mustafa: “Hökuməti ancaq AKP və MHP qura bilər”
Türkiyədə parlament seçkiləri bitdikdən sonra AKP hökuməti faktiki olaraq istefaya getdi. Amma hələ də ölkədə yeni hökumət qurulmayıb.
Seçkidən bir gün sonra Davudoğlu AKP ilə koalisiya üçün üç şərt açıqladı, ancaq bir gün sonra Ərdoğan heç bir şərtsiz koalisiya qurulmasının mümkün olduğunu bildirdi. Dünən isə Dəniz Baykalla Ərdoğan arasında görüş keçirildi. Dəniz Baykal görüşdən sonra açıqlama verərək bildirdi ki, “Mən CHP-nin adından yox, ən yaşlı deputat olaraq Ərdoğanla görüşmüşəm”. Dəniz Baykalın açıqlamasına baxmayaraq, Türkiyə mediası Baykalın Ərdoğanla koalision hökumət məsələsini müzakirə etdiyini iddia edir.
Türkiyədəki siyasi vəziyyəti ölkə.az-a verdiyi açıqlamasında millət vəkili Fazil Mustafa şərh edib.
Fazil Mustafa: “Koalisiya məsələsində öncədən çağırışlar olur, sonradan buna real yanaşma olur. Gözləninlən isə odur ki, AKP il MHP-nin koalisiyası yaradılsın. CHP müxalifətdə qalacaq. Normal hökümət qurma imkanları ancaq MHP və AKP arasında mümkündür. AKP və MHP müəyyən mühafizəkar baxışlara görə yaxındırlar. Əgər bu koalisya olmasa, erkən seçkiyə gediləcək. öncədən hər pariya şərtlərin açıqlayır ancaq sonda israrçı olmurlar. Erkən seçim partiyaların maraqlarına da uyğun deyil. Seçim həm enerjidir, həm də vəsaitdir. Əgər erkən seçki olsa, bəzi partiyalar üçün nəticələr daha pis ola bilər”.