XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

20 May 2016 - 14:26

ABŞ və Avropa Birliyi İranla bağlıxarici bank və şirkətlərə çağırış etdi

ABŞ və Avropa Birliyi İranla bağlı xarici bank və şirkətlərə çağırış edib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Brüsseldə Birləşmiş Ştatların, Avropa Birliyinin, həmçinin Fransa, Britaniya və Almaniya təmsilçilərinin danışıqlarından sonra bununla bağlı birgə bəyanat qəbul olunub.

Bəyanatda bildirilir ki, xarici banklar və şirkətlər İranla leqal biznes qurmaqdan imtina etməməlidirlər: «Biz İranla əməkdaşlıq edən beynəlxalq şirkətlərin və maliyyə institutlarının qarşısında durmayacağıq. Təbii ki, bu işbirliyi qanunvericiliyə uyğun aparılarsa».

Sənəddə o da qeyd olunur ki, İran Avropa və digər beynəlxalq banklar üçün böyük maraq kəsb edir: «ABŞ və Avropa Birliyi İranla əməkdaşlığın, İran iqtisadiyyatına sərmayənin yeni aspektlərini araşdırır».