XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

12 İyun 2015 - 07:14

“Biz şübhə etmirdik ki,…” – Lukaşenko Əliyevlə görüşdü

“Belarus və Azərbaycan bir-birilərinə çox yaxındırlar və əlaqələrinin yaxşı fundamenti var”.

Bu sözləri Bakıda səfərdə olan Aleksandr Lukaşenko prezident İlham Əliyevlə görüşü zamanı deyib. Belarus prezidenti Azərbaycanın Birinci Avropa Oyunlarına yeksək səviyyədə hazırlaşdığını bildirib: “Sizin oyunlara hazırlaşmaq üçün cəmi iki iliniz vardı. Əgər bu vaxta qədər heç nə etməsəydiniz, bu mümkünsüz də ola bilərdi. Biz şübhə etmirdik ki, hər şey həll ediləcək, lakin bu qədər qəşəng olacağını…Bu bizi heyrətləndirdi”.

Lukaşenko həmçinin qeyd edib ki, bu oyunların açılışına gəlməyə bilməzdi, çünki elə özü daha əvvəl Avropa qitəsində Olimpiya oyunları miqyasında bele bir oyunun keçirilməsini dilə gətirmişdi.