XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

20 May 2016 - 16:09

Avropa Birliyindən Kremlə sanksiya zərbəsi- Üzv ölkələr toplanır

Avropa Birliyi (AB) yaxın həftələrdə Rusiyaya qarşı sanksiyaların müddətinin uzadılmasını müzakirə edəcək.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Avropa Birliyi rəsmisi Federika Moqerini bildirib. 

Moqerininin sözlərinə görə, müzakirələrdə qurumun üzv ölkələri iştirak edəcək. 

AB rəsmisi Rusiyanın Minsk sazişini icra etməsinin vacibliyinə toxunub və sanksiyaların sazişin bütün bəndlərinə əməl olunmaması ilə bağlı olduğunu bəyan edib.