XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

20 May 2016 - 16:22

Türkiyədə deputat toxunulmazlığı qalxdı,HDP-li deputatların həbsi gündəmə gəldi, Ərdoğan hədələdi

TBMM-turkiye

Türkiyə Böyük Millət Məclisi bu gün deputat toxunulmazlığı ilə bağlı qanuna dəyişiklik edib.

Strateq.az Türkiyə  mediasına istinadən xəbər verir ki, bu gün məclis 376 səslə yeni qanunu qəbul edib.

Bununla da PKK-nın siyasi qolu olan HDP-li deputatlarla bağlı açılan cinayət işləri icraata rahatlıqla görürüləcək.

AKP-li deputat Vedat Demirgözün sözlərinə görə, toxunulmazlığın götürülməsindən sonra HDP-li deputatlarla bağlı cinayət işləri məhkəmələrə göndəriləcək: "Məhkəmə cinayətlərini sübuta yetirərsə, mandatlarını da itirəcəklər. O zaman hazırkı millət vəkilləri cəzalarını layiq olduqları formada çəkəcəklər".

Deputat bildirib ki, HDP-nin terroru dəstəkləyən, terrorçulara dəstək verən deputatları işlədikləri suçu bilirlər: "Ona görə də onların bəzilərinin artıq bir neçə gündür ölkədən iş-güc adıyla qaçdığı xəbəri də yayılıb. Mümkündür ki, onnlar geri dönməyəcəklər. Zatən onların yeri Kandildir, PKK-nın yanında, dağlardan gizlənməkdir. Onların bizə, Türkiyəyə qarşı bütün təhdidləri mənasızdır. Hara gedirlərsə, getsinlər, gərəyi nədirsə, ona da layiq görüləcəklər".

Bu arada Ərdoğan da məclisin qərarını alqışlayıb. Prezident HDP-li deputatlara sərt mesaj verməyi də unutmayıb: "Terroru dəstəkləyən, terrorçuları qoruyan, bəsləyən, onlara arxa duran, sivil siyasətdən çıxan HDP-lilər dərslərini alacaqlar".  

Strateq.az