XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

20 May 2016 - 16:18

Prezident İlham Əliyev yenidən Türkiyəyə gedəcək –BMT sammitində iştirak üçün

eliyev-sefer-1

Azərbaycan prezident İlham Əliyev Türkiyəyə səfərə gedəcək.

ANS PRESS-in məlumatına görə, səfər 23-24 may tarixlərinə planlaşdırılır. İham Əliyev Birləşmiş Millətlər Təşkilatının (BMT) humanitar sammitində iştirak edəcək.

Sammitə BMT-nin baş katibi Pan Gi Munla yanaşı, dünyanın bir çox nüfuzlu şəxsləri dəvət olunub.

Prezident İlham Əliyevin Türkiyəyə sonuncu səfəri aprelin 13-də olub. Həmin səfər zamanı prezindent İslam Əməkdaşlıq Təşkilatının iclasında iştirak edib. O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu ilə görüşüb. Gürüşlər zamanı ikitərəfli əməkdaşlıqlar müzakirə olunub.