XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

20 May 2016 - 16:30

Putinin qəzəbi soyumur:İstanbul sammitinə getməyəcək

Rusiya prezidenti Vladimir Putin Türkiyədə keçiriləcək Ümumdünya Humanitar Sammitinə qatılmayacaq.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Putinin yerinə tədbirə Rusiya fövqəladə hallar naziri müavininin rəhbərlik etdiyi nümayəndə heyəti yollanacaq.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Putinin sammitə qatılmamasını iş qrafikinin sıxlığı ilə əlaqələndirib.

Mətbuat isə hesab edir ki, əsl səbəb Rusiya-Türkiyə gərginliyinin hələ də səngiməməsi, Kreml rəhbərinin Ankaraya qəzəbinin soyumamasıdır.