XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

12 İyun 2015 - 08:08

Yaralı idmançının xərcini Azərbaycan ödəyəcək

“İstintaq orqanları Bakıda avstriyalı idmançılarla bağlı baş vermiş insidenti araşdırır”.

Strateq.az anspress-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib. Nazir istintaqın gedişatı haqqında Azərbaycan da məlumatlandırılacaq. A.Rəhimovun sözlərinə görə, idmançı xanımlardan ikisi yüngül xəsarətlər alıb və onların vəziyyəti normaldır. “üçüncü idmançı isə Vyanada xəstəxanaya yerləşdirilib. Artıq əməliyyat başlayıb. Xoş olan odur ki, o xanım artıq ayaqlarını tərpədə bilir. Fikrimcə, hər şey yaxşı olacaq”.

Azərbaycan tərəfi avstriyalı idmançının müalicəsinin xərcini üzərinə götürəcək. Azərbaycanın Avstriyadakı səfirliyi lazimi yardımı göstərir.

Xatırladaq ki, hadisə 11 iyun tarixində saat 08:30-da baş verib. Atletlər Kəndindinin Nəqliyyat deposunda avtobus Avstriya üzgüçülük üzrə yığma komandasının üç idmançını vurub.

Fövqəladə xidmət əməkdaşları əraziyə cəlb olunub və idmançılardan Luna Pajer və Vanessa Sahinovic dərhal xəstəxanaya yerləşdirilib. Verena Breit adlı xanım idmançı isə Atletlər Kəndinin poliklinikasında müalicə edilib. Verena Breit Azərbaycanda müalicəsini davam etdirib. Luna Pajer və Vanessa Sahinovic isə sonradan özəl tibbi təyyarə ilə Avstriyaya göndərilib.